Koreya Respublikasının Prezidenti Yoon Seok-yeol cari hadisələri nəzərə alaraq orduda yeniliklərin tətbiqinin zəruriliyini bəyan edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “KBS” nəşri məlumat yayıb.
“Qlobal təhlükəsizlik vəziyyəti sürətlə dəyişir. Belə bir vəziyyətdə Silahlı Qüvvələrin daha qüdrətli olması üçün müdafiə sahəsində qabaqcıl elm və texnologiyaya əsaslanan yeniliklərin tətbiqi zəruridir.
Şimali Koreyanın Rusiya ilə silah ticarəti beynəlxalq normalara ziddir, yarımadada və planetdə sülhü təhdid edir. Təxribatlar olarsa, ordunun yüksək döyüş hazırlığı və döyüş potensialına görə Şimali Koreyanı dərhal cəzalandıracağıq”, – Koreya lideri bildirib.