Koreya Respublikasının parlamenti ölkə prezidenti Yun Sek Yeolun konstitusiya quruluşunu devirmək üçün üsyanda şübhəli bilinməsi və hərbi vəziyyət barədə xüsusi araşdırma haqqında qanun layihəsini qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, qanun layihəsi plenar iclasda təsdiq edilib.