“Cənubi Koreyanın STX ticarət korporasiyası Peruya dəyəri 60 milyon dollar dəyərində olan 30 ədəd “K808″ təkərli zirehli transportyor tədarük edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə şirkət öz saytında məlumat yayıb.
“Sövdələşmə Peru ilə 5 il ərzində sıx əməkdaşlığın nəticəsidir. Biz əlavə təchizat və uzunmüddətli texniki əməkdaşlığı, o cümlədən avadanlıqların ixracını müzakirə edirik. Bu sövdələşmə bizim il ərzində satışlarımızın təxminən 9%-ni təşkil edir”, – şirkətdən bildirilib.