Koreya Respublikasının prezidenti Yun Sek Yeol milli müdafiə naziri Kim Yonq Hyunun istefasını qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Bu gün prezident müdafiə naziri Kim Yonq Hyunun istefasını qəbul edib və onu vəzifəsindən azad edib”, – Prezident Admistrasiyasından bildirilib.
Qeyd edək ki, dekabrın 4-də Kim Yonq Hyun həmvətənlərindən üzr istəyib, hərbi vəziyyətə görə məsuliyyət daşıdığını bəyan edib və istefa verib.