Xəbərlər

Cənubi Koreya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində deyil

Koreya Respublikası hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək və ya Moskva ilə əlaqəni dayandırmaq niyyətində deyil.

“Füyuzat”ın məlumatına görə, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun Seulda jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Koreya Respublikası Ukraynadakı vəziyyətin Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini başa düşür və Seul Rusiyaya qarşı sanksiyalarla bağlı Avropanın hərəkətlərini diqqətlə izləyir: “Bizim əlavə sanksiyalar tətbiq etmək və ya əlaqəni kəsmək niyyətimiz yoxdur”.