“10-a yaxın Şimali Koreya əsgərindən ibarət qrup Cənubi Koreya ilə sərhəddəki hərbisizləşdirilmiş zonada hərbi demarkasiya xəttini keçib. Onlar xəbərdarlıq atəşi açıldıqdan sonra öz ərazilərinə qayıdıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Hadisə yerli vaxtla saat 17:00 radələrində (Bakı vaxtı ilə 12:00) baş verib. Cənubi Koreya tərəfi əvvəlcə texniki vasitələrdən istifadə edərək xəbərdarlıq edib, daha sonra xəbərdarlıq atəşi açıb. Bundan sonra Şimali Koreya qoşunları demarkasiya xəttinin şimalına qayıdıb.
Hadisənin ölkənin şərqində baş verdiyi bildirilir. Komitə bəyan edib ki, onlar KXDR ordusunun fəaliyyətini diqqətlə izləyir və əməliyyat reqlamentinə uyğun olaraq lazımi tədbirlər görürlər.