Xəbərlər

Cənubi Koreya Ukrayna siyasətini dəyişməyib

“Koreya Respublikasının Ukrayna ilə bağlı siyasəti hələ də dəyişməyib, Seul Kiyevə öldürücü silahlar vermir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Koreya Prezident Adminstrasiyası məlumat yayıb.

“Ukraynaya yardımla bağlı prinsiplərimiz dəyişməz olaraq qalır. Koreya Respublikası Ukraynaya humanitar və maliyyə yardımı göstərir, mina detektorları kimi öldürücü olmayan hərbi təyinatlı əşyalar tədarük edir”, – məlumatda bildirilib.