Xəbərlər

Cənubi Koreya Ukraynaya dəstəyi artıra bilər

“Rusiya və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında əməkdaşlıq davam edərsə, Koreya Respublikası müttəfiqləri ilə birlikdə Ukraynaya hərbi yardımı artıracaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Cənubi Koreya Prezidenti Yun Seok Yeol deyib.

“Əgər onlar təhlükəli hərbi vəziyyətləri dayandırmasalar, biz müttəfiqlərimiz və həmfikirlərimizlə əməkdaşlıq edərək, Ukraynaya dəstəyi gücləndirmək də daxil olmaqla, müvafiq təsirli tədbirlər görməyə hazırlaşacağıq”, – Koreya lideri vurğulayıb.