Koreya Respublikası və ABŞ hərbçiləri Şimali Koreya ilə sərhəddən 30 km cənubda yerləşən poliqonda döyüş atışlı təlimlər keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Koreya ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlər avqustun 9-dan 14-dək, təxminən 320 nəfərin iştirakı ilə baş tutub.
“ABŞ Silahlı Qüvvələrinin bölmələri əraziyə Koreya Respublikasına ordunun şəxsi heyətin müəyyən bir nöqtəyə operativ şəkildə yerləşdirilməsi, orada təlimlər keçirməsi və daimi yerinə qayıtmaq qabiliyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuş Sakit Okean Qüvvəti təliminin bir hissəsi kimi gəlib”, – məlumatda bildirilib.