Xəbərlər

Cənubi Koreya və ABŞ birgə təlim keçirib

Cənubi Koreya və ABŞ eniş imkanlarını artırmaq üçün 50-dən çox amfibiya vasitəsi ilə birgə təlim keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Seulun 273 kilometr cənub-şərqində yerləşən Pohang şəhərində keçirilən təlimlərdə pilotsuz uçuş aparatlarından və F-35B təyyarələrindən istifadə edilib.