Koreya Respublikasının xarici işlər naziri Ço Tae Yeol və ABŞ dövlət katibi Entoni Blinken Koreya Xalq Demokratik Respublikasının (KXDR) yanvarın 6-da həyata keçirdiyi raket buraxılışını pisləyiblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Seulda danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz bu gün Şimali Koreyanın həyata keçirdiyi ballistik raket buraxılışını pisləyirik. Mən Blinkenlə KXDR-in nüvə proqramını və Moskva ilə Pxenyan arasında əməkdaşlığı, eləcə də BMT-nin KXDR-ə qarşı sanksiyalarına əməl olunması məsələlərini müzakirə etdim”, – nazir əlavə edib.