“Koreya Respublikası və ABŞ hərbçiləri Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən qitələrarası ballistik raketin buraxılışına cavab olaraq Amerikanın strateji aktivlərinin iştirakı ilə təlimlər keçirəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Baş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
“Koreya Respublikası və ABŞ-ın müdafiə nazirləri müxtəlif tədbirlər, o cümlədən Amerikanın strateji aktivlərinin yerləşdirilməsi ilə birgə təlimlər keçirməklə alyansın qətiyyətini nümayiş etdirmək barədə razılığa gəliblər”, – məlumatda bildirilib.