Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri 200-ə yaxın təyyarənin iştirakı ilə “kross-kosmik” adlı təlimlərə start verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Koreya Respublikasının Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, manevrlər avqustun 19-da başlayan və 23-ə qədər davam edəcək olan “Ulchi Azadlıq Qalxanı” təliminin bir hissəsidir.
Koreya Respublikası təlimlərə F-15K, FA-50, KF-16, ABŞ isə F-16 və A-10 təyyarələrini cəlb edib, təyyarələr dəniz üzərində və quruda uçacaq.