Xəbərlər

Cənubi Koreya və ABŞ yenidən birgə təlimlər keçirib

Koreya Respublikası və ABŞ təlimlər keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, təlim avqustun 24-29-da Gyeonggi əyalətinin Qvanqju şəhərindəki poliqonda keçirilən “Ulchi Azadlıq Qalxanı” təlimi çərçivəsində baş tutub.

Xüsusi təyinatlıların təlimində Cənubi Koreya Ordusu Xüsusi Əməliyyat Komandanlığı, Hərbi Hava Qüvvələrinin Döyüş Nəzarət Qrupu və ABŞ-ın 2-ci Ordu Aviasiya Briqadasının nümayəndələri də iştirak edib.