Cənubi Koreya prezidenti Yoon Seok-yeol və Malayziyanın baş naziri Ənvər İbrahim ikitərəfli əməkdaşlığı dərinləşdirmək məqsədilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Malayziya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Baş nazir paytaxt Seulda prezident Yoon ilə görüşüb və ikitərəfli əlaqələrin yaxşılaşdırılması yollarını müzakirə edib.
Açıqlamada Cənubi Koreya və Malayziyanın müdafiə sənayesi, ticarət, enerji, müxtəlif tədarük zəncirləri və bir çox başqa sahələrdə ortaq işi inkişaf etdirmək barədə razılığa gəldiyi bildirilib.