Cənubi Koreya və Vyetnam təxminən 250 milyon dollar dəyərində Cənubi Koreya istehsalı olan 20 ədəd “K9” özüyeriyən artilleriya sisteminin tədarükü üçün müqavilə imzalayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” xəbər agentliyi hərbi sənaye kompleksindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Vyetnam “K9” özüyeriyən artilleriya sistemini idarə edən 11-ci ölkə olacaq.



