Cənubi Koreya parlamenti məktəblərdə dərs saatlarında mobil telefon və ağıllı cihazlardan istifadəni qadağan edən qanun layihəsini qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Korea Herald” qəzeti məlumat yayıb.
Verilən məlumata görə, Milli Assambleyada iştirak edən 163 deputatdan 115-i qanun layihəsinin lehinə səs verib.
Qanun 2026-cı ilin mart ayından başlayaraq yeni tədris ilindən qüvvəyə minəcək.



