Xəbərlər

Cənubi Koreyada körpü uçub, 3 nəfər ölüb

Cənubi Koreyada tikilməkdə olan magistral körpünün uçması nəticəsində 3 fəhlə ölüb, 5 nəfər yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Verilən məlumata görə, hadisə Seuldan təxminən 80 kilometr cənubda, Çeonan şəhəri yaxınlığında baş verib.

Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.