Xəbərlər

Cənubi Koreyanın müvəqqəti prezidentinə impiçment elan edilib

Koreya Respublikasının parlamenti ölkə prezidentinin səlahiyyətlərini icra edən, Baş nazir Han Duk Suya qarşı impiçment elan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Assambleyadan məlumat verilib.

“192 deputat bu qərarın lehinə çıxış edib. İmpiçment üçün deputatların azı 151 səsi lazım idi”, – məlumatda bildirilib.

Verilən məlumata görə, hakim partiyadan olan deputatlar səsverməni boykot ediblər.