Xəbərlər

Çexiya DİN: Ukraynada sülhdən sonra qaçqınlar statuslarını itirəcəklər

“Ukraynada atəşkəs əldə edildikdən sonra ukraynalı qaçqınlar Çexiyadakı müvəqqəti müdafiə statuslarını itirəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çexiya Daxili İşlər Nazirliyindən bildirilib.

“Müharibənin hansı şəkildə bitməsindən asılı olmayaraq, Çexiyaya gələn ukraynalı qaçqınlar heç biri müvəqqəti müdafiə statusu ala bilməyəcək. Bu hal hərbi münaqişədən qaçan qaçqınları qəbul edən bütün Avropa ölkələrinə də aiddir”, – məlumatda qeyd edilib.