Xəbərlər

Çexiya Qazaxıstana çoxməqsədli təyyarələr verməyə hazırdır

“Çexiya Qazaxıstana özünün istehsalı olan “L-39NG” döyüş təlim təyyarələri və “L-410″ yüngül çoxməqsədli təyyarələri verə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.

“Çexiya Qazaxıstana Mərkəzi Asiyada əsas oyunçu kimi baxır. Ötən il ikitərəfli münasibətlərimiz üçün xüsusilə məhsuldar olub. Müdafiə sənayesi sahəsində əməkdaşlığa başlamışıq ki, bu da indiki şəraitdə xüsusilə vacibdir. Çexiya Qazaxıstana “L-39NG” və”L-410″ kimi yeni nəsil təyyarələr təqdim edə bilər. Ticarətin davamlı artımını görməkdən məmnunam və ümid edirəm ki, bu tendensiya davam edəcək. Bununla belə, reallaşdırıla biləcək əhəmiyyətli potensial hələ də var. Əməkdaşlıq üçün ən perspektivli sahələr enerji, maşınqayırma, kənd təsərrüfatı və mülki aviasiyadır”, – nazir bildirib.