Çexiya tərəfi Ukraynanı sursatla təmin etmək təşəbbüsünü 2025-ci ilə qədər uzatmaq üçün maliyyə tapmağa çalışdığını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski məlumat verib.
“İyul və avqust aylarında biz ümumilikdə təxminən 100 mindən daha çox sursat tədarük edəcəyik, 2025-ci ildə isə təşəbbüsü həyata keçirmək və döyüş sursatı almaq üçün maliyyə axtarırıq”, – Yan Lipavski söyləyib.