Çexiyanın xarici işlər naziri Yan Lipavski Ukraynadakı vəziyyətlə bağlı NATO-nun vahid strategiyasının yaradılması məsələsində tələbkar olacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə o, Praqada Şimali Atlantika Alyansına (NATO) üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası başlamazdan əvvəl jurnalistlərə bildirib.
“Mən güman edirəm ki, qeyri-rəsmi görüşün əsas mövzusu Ukraynaya yardım olacaq. Mən Rusiyanı məğlub etmək üçün vahid NATO strategiyasının yaradılmasında israr edəcəyəm”, – deyə Lipavski bildirib.