Xəbərlər

Çexiyalı nazir: Kiberhücumlarda Rusiyanın əli var

Rusiyanın Çexiya Respublikasının nəqliyyat infrastrukturuna yönələn kiberhücumlarda əli var.

“Füyuzatın”ın məlumatına görə, bunu Çexiyanın nəqliyyat naziri Martin Kupka iddia edib.

Nazir “Financial Times”a verdiyi şərhdə Rusiyanın Ukraynada əməliyyatlara başlamasından bəri Çexiyanın nəqliyyat infrastruktur sistemlərini zəiflətmək üçün minlərlə cəhd etdiyini söyləyib: “Xüsusilə, Kupka milli dəmiryol operatoru Çex Dəmir Yollarının bilet satış sistemlərinin sıradan çıxması ilə nəticələnən haker hücumlarına görə Rusiya Federasiyası məsuliyyət daşıyır”.