Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirak etmək üçün ABŞ-a işgüzar səfərə gedib.
“Füyuzat”ın məlumatına görə, bu barədə XİN-dən məlumat verilib.
Məlumata görə, Bayramov yüksək səviyyəli ikitərəfli görüşlər keçirməyi də planlaşdırır.
İyunun sonunda Bakıda səfərdə olan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirmişdi ki, ABŞ Azərbaycan və Ermənistanı NATO çərçivəsində xarici işlər nazirlərinin görüşünə dəvət edib.