Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xarici işlər naziri Hakan Fidanın dəvəti ilə sabah Ankaraya birgünlük səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, nazirlərin sabahkı görüşündə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.
Görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistan arasında normallaşma prosesi, o cümlədən regionda, xüsusilə də İsrail-Fələstin münaqişə bölgəsində baş verən hadisələrin müzakirə olunacağı gözlənilir.