Xəbərlər

Ceyhun Bayramov TDT XIN Şurasında COP29-a hazırlıqdan danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci iclasında COP29-a hazırlıq barədə danışıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir çıxışında TDT çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət kimi sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub.

O, Azərbaycanın təşkilatın gücləndirilməsi ilə bağlı təşəbbüslərindən danışıb.