Xəbərlər

ChatGPT-də böyüklər üçün də kimlik və yaş təsdiqi tətbiq olunacaq

ChatGPT-də böyüklər üçün də kimlik və yaş təsdiqi tətbiq olunacaq

“Füyuzat”ın “TRT Haber”-ə istinadən məlumatına görə, OpenAI şirkətinin CEO-su Sam Altman platformanın təhlükəsizliyini təmin etmək məqsədilə böyüklərdən də kimlik və yaş təsdiqi tələb oluna biləcəyini açıqlayıb.

Sam Altman bunun gizlilik baxımından müəyyən narahatlıqlar yarada biləcəyini etiraf etsə də, qərarın şirkətə açılan məhkəmə işindən sonra gündəmə gəldiyi vurğulanır.

OpenAI hazırda yetkinlik yaşına çatmayanlar üçün avtomatik yaş yoxlaması və valideyn nəzarəti sistemi üzərində işləyir.