Xəbərlər

Çin 6 min afrikalıya təlim keçəcək

“Çin Afrika ölkələrinə təlim dəstəyi verəcək və bölgədə 6000 hərbçi, eyni zamanda 1000 nəfər hüquq-mühafizə orqanı əməkdaşına təlim keçəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Prezidenti Si Cinpin deyib.

Qeyd edilib ki, bu proqram Çinin Qlobal Təhlükəsizlik üzrə təşəbbüsünə uyğun olaraq həyata keçiriləcək və bu layihə üçün 1 milyard yuan (140 milyon dollar) ayrılacaq.