Xəbərlər

Çin 9 ölkə ilə vizanı ləğv edəcək

“Çin 9 ölkəni birtərəfli vizadan azadetmə proqramına daxil edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Cian deyib.

“Bolqarıstan, Rumıniya, Malta, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Estoniya, Latviya və Yaponiyadan olan adi pasport sahibləri 30 noyabr 2024-cü il və 31 dekabr 2025-ci il tarixləri arasında Çinə vizasız gedə bilərlər. Vizasız qalma müddəti 15 gündən 30 günə qədər uzadılacaq. 9 ölkə də daxil olmaqla 38 ölkədən adi pasport sahibləri iş, turizm, ailə səfərləri və mübadilə proqramı çərçivəsində Çinə 30 gün müddətinə vizasız daxil ola biləcək”, – nümayəndə vurğulayıb.