“Çin ABŞ-ın kosmosu hərbiləşdirməyə yönəlmiş hərəkətlərinə qarşıdır və Amerika tərəfindən qlobal təhlükəsizliyə təhdid yaradan addımlardan çəkinməyi tələb edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian deyib.
“Çin həmişə kosmosdan dinc istifadə edilməsinin tərəfdarıdır. Biz ABŞ-dan məsuliyyətsiz ritorikanı, hərbi ekspansiyanı və kosmosda müharibə hazırlığını dayandırmağı tələb edirik”, – nümayəndə bildirib.