“Vaşinqton Pekin və Moskva arasındakı normal iqtisadi və ticarət əlaqələrinə qarışmamalıdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Liu Penqyu bildirib.
“Çinin bütün ölkələrlə, o cümlədən Rusiya ilə bərabərlik və qarşılıqlı iqtisadi, ticarət əlaqələri qurmaq hüququ pozulmamalıdır”, – Çin diplomatik missiyasının rəsmi nümayəndəsi vurğulayıb.