Xəbərlər

Çin ABŞ-ın Tayvana silah satışını təsdiqləməsini pisləyib

Çin ABŞ-ın Tayvana 866 milyon dollar dəyərində əlavə hərbi material və silah satışına icazə verməsini pisləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü polkovnik Vu Qien bildirib.

“Tayvana silah satışı iki ölkə arasında siyasi əlaqələrin əsasını təşkil edən “vahid Çin” prinsipini və “Üçtərəfli Birgə Bəyannamə”ni pozur. Biz ABŞ tərəfini Tayvana hərbi yardımı və silah satışını dərhal dayandırmağa və onun bölgə ilə hərbi əlaqələrini kəsməyə çağırırıq”, – Qien əlavə edib.