Xəbərlər

Çin ABŞ-ın Tayvana yeni silah tədarükünü şərh edib

“Tayvan administrasiyasına silah verilməsi adanın “müstəqilliyini” dəstəkləyənləri ruhlandırmaq deməkdir. Bu isə müharibəyə gətirib çıxara bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Cian keçirdiyi brifinqdə ABŞ prezidenti Co Baydenin Tayvana silah və hərbi yardım tədarükü üçün 567 milyon dollar ayırmaq qərarını şərh edərkən bildirib.

“Vurğulamaq lazımdır ki, Tayvanın silahlandırılması “Tayvanın müstəqilliyi”nin tərəfdarlarını təşviq etmək məqsədi daşıyır. “Tayvanın müstəqilliyi” müharibə deməkdir. Tayvan məsələsindən istifadə edərək Çini ram etmək cəhdləri daim mənfi nəticələrə gətirib çıxaracaq”, – deyə Çin hərbi rəsmisi qeyd edib.