Çinin onun suverenliyinə xələl gətirən hərəkətlərə görə amerikalı Demokrat konqresmen Cim Makqovernə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd edilib ki, Çin hakimiyyətinin qərarına əsasən, Makqovernin ÇXR-dəki əmlakı dondurulacaq, çinli təşkilat və şəxslərə konqresmenlə əməkdaşlıq, eyni zamanda digər fəaliyyətlər qadağan ediləcək.
Bundan əlavə, ona və ailə üzvlərinə Çinə giriş qadağan ediləcək.