Xəbərlər

Çin: ABŞ tərksilahdan imtina etmək üçün Çini bəhanə edir

“Birləşmiş Ştatlar nüvə tərksilahı üzrə öhdəliklərindən yayınmaq üçün “Çinin nüvə təhlükəsi” nəzəriyyəsini bəhanə kimi istifadə edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq çıxışında söyləyib.

“Faktlar sübut edir ki, ABŞ son illərdə Çinin nüvə təhlükəsi nəzəriyyəsini təbliğ edir və bu, Vaşinqtonun nüvə tərksilahı üzrə öhdəliklərindən yayınması, nüvə arsenalını genişləndirməsi və böyük strateji üstünlük əldə etmək üçün sadəcə bəhanədir”, – o bildirib.

Mao Ninq həmçinin Çin və ABŞ-ın nüvə imkanlarındakı fərqi vurğulayıb və Çinin nüvə silahından istifadə etməmək siyasətinə və özünümüdafiə məqsədli nüvə strategiyasına sadiqliyini qeyd edib.