Xəbərlər

Çin Afrikaya 50 milyard dollardan çox vəsait ayıracaq

“Yaxın üç il ərzində Çin hakimiyyəti birgə tərəfdaşlıq layihələrinin həyata keçirilməsinə görə Afrika ölkələrinə 360 milyard yuan (indiki məzənnə ilə 50 milyard dollardan çox) məbləğində maliyyə yardımı göstərəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Prezidenti Si Cinpin deyib.

“Çin hökuməti qarşıdakı üç il ərzində Afrikaya 10 tərəfdaşlıq layihəsini həyata keçirmək üçün 360 milyard yuan maliyyə dəstəyi verəcək”, – Si Cinpin bildirib.