Xəbərlər

Çin birtərəfli sanksiyaların tətbiqinə qarşıdır

“Çin Xalq Respublikası (ÇXR) birtərəfli sanksiyaların tətbiqini və dünya iqtisadiyyatlarına təzyiqin artırılmasını dəstəkləmir”.

“Füyuzat”ın məlumatına görə, bunu Şərq İqtisadi Forumunun (EEF) plenar iclası zamanı Çin Xalq Respublikasının sədr müavini Han Çjen deyib.

“Çin proteksionizmə, birtərəfli sanksiyaların tətbiqinə və təzyiqin artırılmasına qarşıdır”, – Han Çjen bildirib.