Xəbərlər

ÇİN: Biz BMT-dəki veto hüququmuzdan həmişə məsuliyyətlə istifadə etmişik

“BMT Təhlükəsizlik Şurası üzvlərinin veto hüququ sülh və təhlükəsizliyin qorunması üçün xüsusi məsuliyyət daşıyır və Çin bundan istifadə etməkdə həmişə ehtiyatlı olub”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“BMT Nizamnaməsi Təhlükəsizlik Şurasının daimi üzvlərinə veto hüququ verir ki, bu da onların beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında xüsusi məsuliyyətini əks etdirir. Çin Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan həmişə ehtiyatla və məsuliyyət hissi ilə istifadə edib və bunu gələcəkdə də davam etdirəcək”, – nazirlikdən bildirilib.