Xəbərlər

Çin bölgələrin bərpasına 70 milyon dollar ayırıb

Çin hakimiyyəti güclü yağışlardan zərər çəkmiş bölgələrin bərpası və daşqınların səbəb olduğu fəsadların aradan qaldırılması üçün dövlət büdcəsindən 500 milyon yuan (hazırkı məzənnə ilə 70 milyon dollar) ayırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Dövlət İnkişaf və İslahatlar Komissiyası bəyanat yayıb.

Qeyd edilib ki, təbii fəlakətlərdən zərər çəkən bölgələr olan Mərkəzi Hunan və Henan əyalətlərinə, Siçuanın cənub-qərbində, Şaanxi ştatının şimal-qərbinə, eləcə də Şərqi Fujianaya vəsait ayrılacaq.