Xəbərlər

Çin BRİCS-i kosmosda əməkdaşlığa çağırıb

“Çin BRİCS ölkələrini qütb bölgələri və kosmos da daxil olmaqla yeni sahələrdə əməkdaşlığı genişləndirməyə çağırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BRİCS ölkələrinin xarici işlər nazirlərinin Rio-de-Janeyroda keçirilən görüşündə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Vanq Yi deyib.

“Biz praqmatik əməkdaşlığı gücləndirməliyik. BRİCS peyvənd üzrə tədqiqat və təkmilləşdirmə mərkəzinin yaradılmasını başa çatdırmalı, ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq strategiyasını sədaqətlə həyata keçirməli, dərin dəniz zonaları, qütb bölgələri və kosmos kimi yeni sahələrdə əməkdaşlığı genişləndirməli və qlobal problemlərin həllində birgə çalışmalıyıq”, – nazir əlavə edib.