Çin BRİCS-in genişlənməsini dəstəkləyir.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin Rusiyadakı səfiri Çjan Hanhui Kazanda keçirilən birləşmə sammiti ərəfəsində deyib.
“Çin tərəfi genişlənmə prosesinin (BRİCS çərçivəsində – red.) davamlı irəliləyişinin və “BRİCS plus” formatında əməkdaşlığın inkişafının tərəfdarıdır”, – Hanhui bildirib.
O əlavə edib ki, getdikcə daha çox ölkə BRİCS-ə qoşulmağa maraq göstərir. Çin səfirinin sözlərinə görə, bu, beynəlxalq aləmdə birləşmənin cəlbediciliyindən xəbər verir. Diplomat həmçinin qeyd edib ki, Çin daha ədalətli və ağlabatan beynəlxalq nizamın qurulmasında BRİCS-i dəstəkləyir.