Xəbərlər

Çin: BRİCS ölkələri terrorla mübarizədə koordinasiyanı gücləndirməlidir

“BRİCS-ə üzv dövlətlər terrorizm və kibercinayətlərlə mübarizədə çoxtərəfli koordinasiyanı gücləndirməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

“Beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət daha da mürəkkəbləşib.
BRİCS ölkələri terrorizmlə mübarizə və kibertəhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyəti gücləndirilməli, genişmiqyaslı əməkdaşlığı təşviq etməlidir. Çoxtərəfli koordinasiyanı gücləndirmək, terrorizmlə mübarizə və kibertəhlükəsizlik məsələləri ilə bağlı qaydaların hazırlanmasında fəal iştirak etmək, BRİCS ölkələrinin səsini və təsirini gücləndirmək, ümumi maraqları müdafiə etmək lazımdır”, – nazir bildirib.