“Çin Kazanda keçiriləcək BRİCS sammitinin təşkilində və qlobal Cənubun birləşdirilməsində Rusiya ilə tam əməkdaşlıq edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin Rusiya Federasiyasındakı səfiri Çjan Xanhui “Valday” Beynəlxalq Diskussiya Klubunun Rusiya-Çin konfransının açılışında deyib.
“Bir neçə gündən sonra Kazanda yüksək səviyyəli liderlərin iştirak etdiyi BRİCS sammiti keçiriləcək. Burada Çin Rusiya tərəfi ilə sammitin təşkilində və BRİCS mexanizminin daha da gücləndirilməsində əməkdaşlıq edəcək”, – səfir bildirib.