Çin Koreya Respublikasını azad ticarət zonasının yaradılması üzrə danışıqların növbəti mərhələsini sürətləndirməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin xarici işlər naziri Vanq Yi bildirib.
“Hər iki tərəf davamlı fikir ayrılıqları ilə ilk növbədə ümumi zəmin axtarmalı, qarşılıqlı etimadı gücləndirməli, müdaxilədən və xarici amillərin təsirindən qaçmaq üçün daha çox işlər görməlidir. Çin və Koreya Respublikası arasında azad ticarət sazişi imzalamaq və yüksək texnologiyalı istehsal, əczaçılıq, süni intellekt kimi yeni sahələrdə əməkdaşlığı genişləndirmək lazımdır”, – deyə diplomat qeyd edib.