Xəbərlər

Çin enerji sərfiyyatını 90% azaldan “beyin-kimi” süni intellekt serverini təqdim edib

Çin alimləri və mühəndisləri ənənəvi serverlərlə müqayisədə 90 faizədək az enerji sərf edən yeni tip süni intellekt serveri hazırlayıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Business Standard” qəzeti məlumat yayıb.

“Beyin-kimi” adlandırılan bu texnologiya insan beyninin işləmə prinsipinə bənzər neyromorfik çiplərdən istifadə edir.

Mütəxəssislərin fikrincə, bu texnologiya gələcəkdə məlumat mərkəzlərinin enerji xərclərini ciddi şəkildə azalda bilər.