Çin Fələstində siyasi qüvvələrin birləşməsini təşviq etmək üçün diplomatik səylərini davam etdirəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq söyləyib.
“Çin Fələstin xalqının qanuni milli hüquqlarını bərpa etmək üçün ədalətli işini həmişə qətiyyətlə dəstəkləyib, biz bütün Fələstin qruplarının dialoq və məsləhətləşmələr yolu ilə barışığa nail olmasına dəstək vermişik”, – Mao Ninq qeyd edib.