Xəbərlər

Çin Filippin gəmilərini təxribatda ittiham edib

Çin Xalq Respublikasının (ÇXR) dəniz polisi Cənubi Çin dənizindəki Sabine Shoal sahillərində Filippin gəmilərini təxribatda ittiham edərək, onlara qarşı nəzarət tədbirləri görüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edilib ki, avqustun 26-da Filippin Sahil Mühafizəsinin iki gəmisi Pekin və Manila arasında ərazi mübahisəsinin predmeti olan ərazi yaxınlığındakı sulara qanunsuz daxil olub.

İddialara görə, Filippin gəmiləri təhlükəli şəkildə Çin gəmilərinə yaxınlaşıb.