Xəbərlər

Çin Filippini ittiham edib

Çin Xalq Respublikasının (ÇXR) dəniz polisi Filippin gəmisinin 24 saat ərzində Cənubi Çin dənizindəki mübahisəli sulara təkrar müdaxiləsini qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Sahil Mühafizəsi Administrasiyasının sözçüsü Qan Yu deyib.

“Filippin Dəniz Polisinin 4410 nömrəli qayığı bu dəfə Renai rifi yaxınlığındakı sulara yenidən qeyri-qanuni müdaxilə edib, bu, onun icazəsiz Sianbin rifinə yaxınlaşmasının qarşısı alındıqdan sonra baş verib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, ilk fövqəladə hadisə bazar ertəsi, Pekin vaxtı ilə təxminən saat 06:00-da baş verib.