“Çin hakimiyyəti Cənubi Çin Dənizində regiona daxil olmayan ölkələrlə birgə patrul xidməti həyata keçirən Filippinin hərəkətlərini hərbi təxribat kimi qiymətləndirir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Azadlıq Ordusunun (PLA) Cənub Bölgəsi Döyüş Komandanlığının nümayəndəsi deyib.
“Fevralın 12-də PLA Cənub Bölgəsi Döyüş Komandanlığı Cənubi Çin dənizinin sularında adi patrullar həyata keçirib. Son zamanlar Filippin Çinin dəniz hüquqları və maraqlarının qanunsuz pozulmasını ört-basdır etmək üçün bölgədən kənar ölkələri birgə patrula cəlb edir, həmçinin Çinin sülh və sabitliyini təhdid edəcək qərarlar qəbul edir. Çin ordusu yüksək səviyyədə hazırlığı davam etdirir və ölkənin ərazi suverenliyini, dənizdə hüquq və maraqlarını qətiyyətlə müdafiə edir”, – nümayəndə qeyd edib.